
İbrahimoviç "Milan"da qalmaq istəyir
- 01 Fev 2022 12:45
- 435
Ulduz futbolçu Zlatan İbrahimoviç "Milan"la müqaviləsini yeniləmək istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Xəbərə görə, isveçli hücumçu İtaliya təmsilçisi ilə sözləşməsinin müddətini daha 1 il artırmaq niyyətindədir.
Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"ın şəfərini qoruyub. O, 2020-ci ildə sabiq klubuna yenidən qayıdıb.
Xatırladaq ki, 40 yaşlı futbolçu carı mövsüm A Seriyasında 8 qol vurub.