II Liqanın reqlamentinə görə, ilk pilləni tutan komanda yeni mövsümdən I Liqada mübarizə aparmalıdır.

Rekord.az xəbər verir ki, bunun üçün lisenziyalaşdırmanın da tələblərini yerinə yetirmək lazımdır.

Hazırda II Liqanın lideri olan "Baku Sportinq" bu məsələdə iddialıdır. Klub rəhbərliyi AFFA-nın tələblərini yerinə yetirmək üçün bütün addımları atacaq.