"Sabah"ın Müşahidə Şurasının üzvü, idman direktoru İqor Ponomaryov açıqlamasında əvəzedici komandanın müvəqqəti fəaliyyətini dayandıracağını və gənc futbolçuların klublara icarəyə veriləcəyini qeyd etdi.

Rekord.az  xəbər verir ki, təcrübəli mütəxəssis "Araz-Naxçıvan"a daha çox futbolçu verəcəklərini xüsusi vurğuladı.

"Football-plus.az" saytı olaraq bu məsələylə bağlı "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq:
 

"Biz gələcəyin iddialı komandasını formalaşdırmağı hədəf qoymuşuq. Ona görə heyətimizi təcrübəli klubların perspektivli gənc futbolçuları ilə gücləndirmək əsas məqsədlərimizdəndi. Hazırda "Sabah"dan iki futbolçunu heyətimizə cəlb etmişik. Onlar Həzrət İsayev və Fərid Kərimzadədi. "Bayquşlar"dan daha 2 futbolçunu gözaltı etmişik. Adlarını açıqlamayacam. Sadəcə, həmin futbolçular əsas komandayla birlikdə məşq edir. Murad Musayev onlarla bağlı yekun qərar verdikdən sonra transfer çalışmalarını sürətləndirəcəyik"