I Divizionun bəzi komandalarında tezliklə rəhbərlik və baş məşqçi səviyyəsində dəyişiklik olacaq.

Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, bu, UEFA-dan gələn siqnallara əsaslanır.

Belə ki, Avropa futbol qurumundan Azərbaycan çempionatının aşağı dəstəsində oyun alqı-satqısına dair şübhələrin olmasına dair federasiyaya bir neçə serkulyar məktub gəlib. Burada cari mövsümün nəticəsi şübhə doğuran bir neçə oyunundan bəhs edilib.
Bundan hərəkətə keçən AFFA hüquq-mühafizə orqanları ilə birgə araşdırmalara start verib. Dörd futbolçu saxlanılıb. Həmçinin bir neçə məşqçi və funksionerdən izahat alınıb.