Növbəti mövsümdə I Divizionda oynamaq istəyən yeni komandalar üçün qaydalarda heç bir yumşalma olmayacaq.

Rekord.az-a daxil olan məlumata görə, federasiya ilk növbədə 250 min manatlıq bank təminatını tələb edəcək.

Yəni ən azı bu qədər vəsaitin mütləq olmalıdır. Amma iş tək bununla da bitmir. Əgər sponsor AFFA-ya tanış adam deyilsə, onunla bağlı araşdırma aparılacaq, hətta sorğu da tələb olunacaq. Qazancı nədir, hardan gəlir, komanda saxlamaqda marağı nədir və s.