Xəbər verdiyimiz kimi, növbəti mövsümdən əvəzedici komandalar I Divizionda ayrılacaq və divizionda sırf peşəkar klublar mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, bu səbəbdən AFFA divizionda sayını 10 həddində saxlamaq üçün 4 yeni komanda cəlb etməlidir.

Müraciət edənlərin sayı isə daha çoxdur. Bu günə kimi, "Füzuli", "Karvan", "Neftçala", "Qobustan", "Xəzər Lənkəran 42", "Ağsu 06" komandaları I Divizionda iştirakla bağlı federasiyaya müraciət edib. Müraciətlərin artacağı gözlənilir. Komandaların maddi-texniki bazalarını təhlil edəcək AFFA yekunda diviziona hazır hesab etdiyi 4 komandanın adını elan edəcək.