I Divizionda mübarizə aparacaq "Mingəçevir"in yay hazırlıq planı məlum olub.

Bu haqda məlumatı Rekord.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Qasımov verib.

Onun sözlərinə görə, komanda avqustun 1-də Mingəçevirdə bir araya gələcək. 1 həftəlik seleksiya xarakterli məşqlərdən sonra komanda "Kür" otelində təlim-məşq toplanışına cəlb olunacaq. 10 günlük toplanışın ardından yoldaşlıq görüşlərinə start veriləcək. Heyətə gəlincə, mövsüm bitəndən sonra 10-12 futbolçu komandadan ayrılıb. Hazırda yeni futbolçularla danışıqlar getsə də, ortada rəsmi anlaşma yoxdur.