
Huşunu itirən “Barselona”lı futbolçunun son durumu bilindi
- 05 Dek 2021 13:01
- 536
“Barselona” İspaniya La Liqasının 15-ci turunda “Betis”ə uduzub – 0:1.
Rekord.az xəbər verir ki, sözügedən matçda “Barselona”nın futbolçusu Qavi huşunu itirib.
36-cı dəqiqədə yerə yıxılan yarımmüdafiəçi həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.
Futbolçuda ciddi problem aşkarlanmayıb, Qavinin səhhəti normaldır.