“Bavariya”nın fəxri prezidenti Uli Höness Dortmund “Borussiya”sının “Bavariya” ilə rəqabət apara bilməməsindən danışıb.

Rekord.az xəbər verir ki, Höness bunun səbəbinin idarəetmədə olduğunu deyib.

O, dormundluların aparıcı oyunçularını mütəmadi olaraq satdığını bildirib:

“Bizim komandanın inkişafını şərtləndirən əsas amil sabitlikdir. Üstəlik, zaman-zaman bizdə yeni futbolçular peyda olur. Amma “Borussiya” həmişə vacib futbolçularını satır.

Bu da müəyyən problemlər yaradır və komanda hədəfə çata bilmir. Bizdə isə əksinədir”.

“Bavariya” 17 oyundan 43 xal toplayaraq Bundesliqada 1-ci yerdə qərarlaşıb.