"Neftçi"nin yarımmüdafiəçisi Keysuke Honda Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qəbələ" ilə matçda (2:2) etdiyi hərəkətlə diqqət çəkib.

Rekord.az xəbər verir ki, yaponiyalı oyunçu epizodların birindən sonra baş hakim Əliyar Ağayevdən VAR-a baxılmasını istəyib.

Görünür, o, Azərbaycan Premyer Liqasında VAR tətbiq olunmamasından xəbərsiz olduğu üçün bu addımı atıb.