
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Ukrayna Türkiyəni məğlub etdi
- 02 May 2023 13:49
- 450
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.
Rekord.az xəbər verir ki, B qrupunda Türkiyə ilə Ukrayna yığmaları üz-üzə gəlib. Bakı Tennis Akademiyasında keçirilən görüşdə Ukrayna millisi 3:2 hesabı qalib gəlib.
Türkiyə - Ukrayna - 2:3
Qollar: Viktor Aranovski, 27 (0:1) Esat Karadenoz, 29 (1:1), Yuri Avduş, 41 (1:2), Mukola Kodatskyi, 43 (1:3), Erdem Erış, 44 (2:3)
Beləliklə, dünən Qazaxıstana uduzan (0:1) Ukrayna turnirdə ilk qalibiyyətini qazanıb.
Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Qazaxıstan – CAR və Türkiyə - Fransa matçları olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.