Milan Baş Prokurorluğu Braziliya millisinin sabiq futbolçusu Robinyonun ölkəyə gətirilməsi üçün İtaliya Ədliyyə Nazirliyinə müraciət edib.

Rekord.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Prokurorluq 38 yaşlı veteran hücumçunun 9 il müddətinə azadlıqdan məhrum edilməsi qərarını təsdiqləməsindən sonra lazımi sənədləri toplayaraq nazirliyə göndərib.

Qeyd edək ki, Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı xanıma qrup şəklində təcavüz edib. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Lakin həmin vaxt "Milan" klubunda çıxış edən "sambaçı" günahını etiraf etməyib.