Halanddan daha bir uğur
- 19:20
- 30
Erlinq Haland növbəti dəfə Premyer Liqa tarixinə adını yazdırıb.
Rekord.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün bombardiri olub.
Norveçli futbolçu çempionatda keçirdiyi 35 oyunda 27 qol vurub, 8 məhsuldar ötürmə edib.
Beləliklə, Haland son 4 ildə üçüncü dəfə Premyer Liqanın “Qızıl buts” mükafatını qazanıb. O, daha əvvəl 2022/2023 və 2023/2024 mövsümlərində də bu ada layiq görülmüşdü.
Bombardirlər yarışında Haland "Brentford"un braziliyalı hücumçusu İqor Tiaqu (22 qol) və komanda yoldaşı Antoni Semenyonu (17 qol) qabaqlayıb.
Ötən mövsümün ən məhsuldar futbolçusu 29 qolla "Liverpul"un hücumçusu Məhəmməd Salah olmuşdu.