Hakimlər üçün seminar keçirildi
- 2024-03-27 20:40
- 119
Bu gün “Fairmont Baku” hotelində hakimlərimiz üçün seminar keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Seminarda hakimlərin həftəlik təlim və rəy üçün istifadə etdikləri Onlayn Platforma haqqında “Refpal” platformasının qurucuları - Kristo Tohver və Sten Klaassen tərəfindən dərslər keçirilib, müvafiq təlimatlar verilib.