"Sumqayıt" Futbol Akademiyasının baş koordinatoru Hakan Sünal əvəzedici komandanın baş məşqçisi postundan ayrılıb.

Rekord.az xəbər verir ki, buna səbəb türk əsilli Almaniya vətəndaşının vəzifəsinin öhdəsindən gələ bilməməsidir.

Belə ki, "Sumqayıt-2" geridə qalan mövsümdə I Divizionda 8 komanda arasında 7-ci pilləni tutub. Sünal bundan sonra fəaliyyətini akademiyada davam etdirəcək. "Sumqayıt-2"nin yeni baş məşqçisi isə yaxın günlərdə bilinəcək.