
Gürcü futbolçu üçün 100 milyon avro
- 18 Yan 2023 16:16
- 421
"Arsenal" "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə tuttomercatoweb.com məlumat yayıb.
21 yaşlı hücumçu hazırda London təmsilçisinin əsas hədəfidir. "Arsenal" başa düşür ki, "Napoli" gürcüstanlı gənc ulduzu 100 milyon sterlinqdən daha aşağı məbləğə satmayacaq. Buna baxmayaraq, Premyer Liqa klubu Xviçanın transferində israrlıdır.
Xatırladaq ki, Xviça bu ilin yayından "Napoli"də oyayır. O, A seriyası təmsilçisinin heyətində bu mövsüm 20 matçda 9 qol vurub və 12 qolun ötürməsini verib. Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.