
Götsenin yeni klubu
- 22 İyn 2022 16:00
- 435
Almaniya millisinin futbolçusu Mario Götze klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Ayntraxt"a keçib.
O, Frankfurt təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mario Götze ölkəsində Dortmund "Borussiya"sı və "Bavariya"da çıxış edib.