AFFA-nın təşkil etdiyi Gənclər Liqasında II mərhələnin IV və V tur oyunları təxirə salınıb.


Bu barədə Rekord.az-a assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.


Buna Azərbaycanın U-20 millisinin aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçirməsi səbəb olub.


Aprelin 18-19 və 25-26-da keçirilməsi planlaşdırılan matçlar qeyri-müəyyən müddətə ertələnib.