
Gəncədəki futbol akademiyasınında nələr olacaq, nə vaxt hazır olacaq
- 20 Noy 2021 13:00
- 663
Xəbər verdiyimiz kimi, AFFA Gəncədə də futbol akademiyası tikməyi düşünür.
Rekord.az xəbər verir ki, tender elan edən federasiya 2022-ci ilin yanvarında işlərə başlamağı planlaşdırır.
Tikinti işlərinin 2023-cü ilin may ayına kimi yekunlaşması nəzərdə tutulub. Akademiyanın ərazisində iki süni örtüklü meydança, inzibati bina, o cümlədən yataqxananın tikintisi reallaşdıracaq. Eyni zamanda kənardan gələn futbolçuların qidalanması üçün yeməkxana, həmçinin məşğələlər üçün dərs otaqları və konfrans zalı da olacaq.