Xəbər verdiyimiz kimi, Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzi və Futbol Akademiyası inşa olunacaq.

Rekord.az xəbər verir ki, bununla bağlı AFFA tender elan edib.

Yeni akademiya "Kəpəz"in hazırkı bazasının ərazisində inşa olunacaq. Yəni yeni bina tikilməyəcək. Tovuzda olduğu kimi, Gəncədə də köhnə tikiliyə əsaslı əl gəzdiriləcək və akademiya halına gətiriləcək.