Misli Premyer Liqasının 4-cü turunun “Kəpəz” – “Şamaxı” oyunu ilə bağlı Gəncə şəhərində ictimai nəqliyyat axşam və gecə saatlarında gücləndirilmiş rejimdə işləyəcək.

Rekord.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.

“Kəpəz” – “Şamaxı” matçı sentyabrın 4-də keçiriləcək və saat 20:15-də start götürəcək.