
Gəncə stadionunun tutumu azaldılacaq
- 2023-01-23 15:00
- 482
Bərbad durumda olan Gəncə stadionu ilə bağlı hələ ki, əməli iş görən yoxdur.
Rekord.az xəbər verir ki, əslində son günlər məsələ ilə bağlı xəbərlər yayılmaqdadır.
Hətta Bakıdan bir qrup mütəxəssis Gəncəyə gedərək arenaya ilkin baxış da keçirib. Başqa bir məlumata görə, ilkin layihə də cızılıb. Lakin maliyyə ayırılacağı ilə bağlı konkret söz deyən yoxdur. Bu arada, saytımıza daxil olan məlumata görə, layihədə arenanın azarkeş tutumumun azaldılması nəzərdə tutulub. Yəni Gəncə stadionunda işlərə başlanılacağı yekun tutum 25 min olmayacaq. Yeni layihəyə görə, Gəncə stadionu gələcəkdə 14-15 min nəfərlik nəzərdə tutulub