Region Liqasının 1/4 finalının ilk oyununa hazırlaşan "Füzuli" komandası yeni tranfer reallaşdırıb.

Rekord.az xəbər verir ki, əyalət təmsilçisi bu dəfə daha bir təcrübəli futbolçunu - Rəşad Eyyubovu heyətinə qatıb.

Odessa futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi, futbola Odessanın "Çernomorets" komandasının uşaq futbol məktəbində başlayıb.

2002-2008-ci illərdə "Çernomorets" (Odessa), 2008-2009-cu illərdə "Metallurq" (Donetsk) və 2009-2011-ci illərdə yenidən "Çernomorets"də çıxış edib. 2011-ci ildə Sergey Yuranın çalışdırdığı "Simurq"a transfer olunub.

Daha sonralar "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Sumqayıt", "Neftçi", "Sabah" və "Zirə" klublarının şərəfini qoruyub.

2008-ci ildə Ukrayna U-17 millsinin baş məşqçisi Aleksandr Borisoviç Qolovko tərəfindən bu ölkənin yığmasına cəlb edilib. Sonradan Rəşad karyerasını Azərbaycan yığmasının aşağı yaş qruplarında davam edib. 2015-ci ildə isə, "Şaxtyor"la (Donetsk) yoxlama matçında Azərbaycanın əsas millisində debüt edib.