
Füzuli Məmmədov “Qaradağ Lökbatan”da pulsuz işləyir
- 15 Dek 2021 12:00
- 847
I Divizionda yarışan “Qaradağ Lökbatan"da məşqçi kimi çalışan Füzuli Məmmədov bu posta havayı işləyir.
Rekord.az xəbər verir ki, gənc məşqçi özü buna razılıq verib.
Çünki PRO kateqoriyası almaq üçün müraciət edən məşqçi kurslar və imtahanlar dönəmində mütləq hansısa komandada çalışmaıdır. Yəni işsiz məşqçinin bu kateqoriyanı alması qəliz məsələdir. Bu mənada “Qaradağ Lökbatan”da işləmək indiki halda daha çox elə Məmmdovun özünə lazımdı. Odur ki, pulsuz işləməyə də razı olduğunu bildirib. Təbii ki, belə bir durum klub üçün də göydəndümə olub ki, məşqçiyə maaş verməyəcək.