“Region Liqası”nın iddialı komandalarından olan “Füzuli” növbəti mövsüm I Divizionda oynamaq istəyir.

Rekord.az xəbər verir ki, bu yöndə əməli fəaliyyətə də başlanılıb və rayonun deputatı Vüqar Bayramov da bu işlərə cəlb olunub.

Yəni deputat da sponsor tapılması məsələsində komandaya kömək edəcək.