
Futbolçu dəyənəklə döyüldü, xəstəxanalıq oldu
- 15 Yan 2022 19:00
- 449
Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ruben Semedo döyülüb.
Rekord.az xəbər verir ki, portuqaliyalı müdafiəçi evinin qarşısında 3 nəfər tərəfindən hücuma məruz qalıb.
Semedo dostu ilə birlikdə dəyənəklə döyülüb. Həmin şəxslər daha sonra hadisə yerindən qaçıblar. Semedo və dostu xəstəxanaya aparılıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.