
“Fulhem”dən “Liverpul”a
- 03 İyl 2022 16:20
- 448
“Liverpul”u heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Liverpul” “Fulhem”dən 20 yaşlı yarımmüdafiəçi Fabio Karvalyonu transfer edib.
Portuqaliyalı futbolçu ilə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Portuqaliyanın U-21 millisinin üzvü olan futbolçu üçün 5,9 milyon avroluq təzminat ödənilib.
Karvalyo ötən mövsüm “Fulhem”də 38 oyunda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.