
Fransa klubunda baş məşqçi ayrılığı
- 31 Dek 2021 16:30
- 624
Fransanın “Trua” klubunda baş məşqçi Loran Batleslə yollar ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
“Trua” Liqa 1-də mövsümün ilk dövrəsini 15-ci sırada bitirib.