Fransa klubu baş məşqçisi ilə yolları ayırdı
- 12:30
- 30
"Oser" baş məşqçisi Kristof Pelisye ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
60 yaşlı fransalı mütəxəssis 2022-ci ildən "Oser"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda ümumilikdə 140 rəsmi oyun keçirib ki, bu qarşılaşmalarda 50 qələbə, 52 məğlubiyyət və 38 heç-heçə qeydə alınıb.
Qeyd edək ki, başa çatan 2025/2026-cı illər mövsümündə komanda Pelisyenin rəhbərliyi altında Fransa Liqa 1-də turnir cədvəlini 15-ci pillədə başa vurub.