Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan “Atenas” komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Rekord.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Forlan və köməkçiləri ilə yolların ayrıldığı bildirilib.

42 yaşlı mütəxəssis 2021-ci ilin martından “Atenas”da idi.

“Atenas” Uruqvayın 2-ci liqasında 12 oyundan sonra 17 xal toplayıb və 6-cı sırada qərarlaşıb.