"Sumqayıt" braziliyalı hücumçu  Patrik Nonato ilə danışıqları yekunlaşdırıb.

Rekord.az-a daxil olan məlumata görə, Sumqayıt təmsilçisi futbolçuya öz təklifini irəli sürüb və Nonato da Azərbaycanda oynamağın əlehinə olmadığını deyib.

Lakin son anda son qərarı vermək üçün həftə sonuna kimi vaxt istəyib. 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü braziliyalının boyu 187 sm-di. Son klubu Albaniyanın "Erzeni" klubu olub. Bu klubdan öncə isə vətəni Braziliyanı tanınmış klublarından olan "Fluminese"də forma geyinib.