Braziliyalı hücumçu Roberto Firmino karyerasını "Əl-Əhli"də davam etdirəcək.

Rekord.az xəbər verir ki, 31 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə imzalayıb.

Firmino bu yay "Liverpul"la müqaviləsi bitdikdən sonra azad agent kimi klubdan ayrılmışdı. O, 2015-ci ildən İngiltərə klubunda çıxış edirdi.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 13 qol vurub və 5 qolun ötürməsini verib.