
Fernan "Qəbələ" ilə yolları ayırdı
- 20 İyn 2022 01:17
- 683
"Qəbələ" futbolçusu Fernan Lopeslə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə report-a klubun prezidenti Fariz Nəcəfov məlumat verib.
O bildirib ki, ispaniyalı hücumçu ailə vəziyyətinə görə əyalət təmsilçisinə qayıtmaq istəməyib.
Qeyd edək ki, Fernan Lopes ötən ilin oktyabrında "Qəbələ" ilə müqavilə bağlamışdı. 27 yaşlı futbolçu daha əvvəl 2019/2020 mövsümündə də Qəbələ"nin formasını geyinib.