Xəbər verdiyimiz kimi, Fərid Mansurov Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Rekord.az xəbər verir ki, olimpiya çempionu Gənclər və İdman Nazirliyinin nümayəndəsi kimi AFFA İcraiyyə Komitəsində də yer alırdı.

Vəzifəsindən ayrılması onun AFFA-dakı mandatına təsir edəcəkmi? qol.az bu sualla AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət edib:

“Eyni məntiqlə Elmar Məmmədyarovun da məsələsinə yanaşmaq olar. İcraiyyə Komitəsi seçkili orqandır. Kimsə ora üzv seçilirsə, növbəti seçkilərə qədər özü imtina etməsə, həmin mandat etibarlıdır. Yəni Fərid Mansurovun mandatı ən azı 2024-cü ilə qədər etibarlıdır. Həmin vəzifəni tərk edib-etməməyindən asılı olmayaraq, belədir” – deyə AFFA rəsmisi bildirib.