Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Mübariz Mənsimov barədə danışıb. "Rekord.az" xəbər verir ki, azərbaycanlı iş adamı martın 15-də Türkiyədə saxlanılıb.

Təcrübəli mütəxəssis bildirib ki, uşaqlığından tanıdığı Mübariz haqqında saatlarla danışa bilər: “Buna baxmayaraq, fikrimi qısa şəkildə çatdıracam. Onunla bağlı çox gözəl xatirələrim var. Mübariz orta məktəbdə qardaşım Fazillə bir sinifdə oxuyub, elə o illərdən bizim ailəmiz onu çox yaxşı tanıyır. O, mərd, ölkəsini sevən insandır. Fəxrlə deyə bilərəm ki, Mübarizin Azərbaycana olan sevgisi idmanımızdan da yan keçməyib. O, voleybolçularımıza da hər zaman lazımı dəstəyi göstərib. Qonşu ölkədə çalışan iş adamı barədə çıxarılan qərardan təəssüf hissi keçiririk”.

Faiq Qarayev özü, qardaşı, ailəsi və voleybol camiəsinin həmişə ona dəstək olduğunu və bundan sonra da olacağını  sözlərinə əlavə edib: “Arzulayırıq ki, hər şey uğurla yekunlaşsın".