
Evradan seçimə sərt tənqid
- 02 Dek 2021 13:43
- 473
“Mançester Yunayted”in və Fransa yığmasının sabiq futbolçusu Patrik Evra “France Football” nəşrinin dünyanın ən yaxşı qapıçısı ilə bağlı seçiminə etiraz edib.
Rekord.az xəbər verir ki, nəşr mükafatı PSJ-nin qapıçısı Canluici Donnarummaya verib.
Evra isə hesab edir ki, mükafat “Çelsi”nin qapıçısı Eduard Mendiyə verilməli idi:
“Eduard Mendi necə olsun? Əlbəttə, axı o, Afrika kubokunda çıxış edir.
Biz meymunuq, ona görə də bu turnirə hörmət etməyə, diqqət ayırmağa dəyməz?”.