Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında güləşçimiz Ağanəzər Novruzov bürünc medal uğrunda erməni Razmik Yepremyana qalib gəlib.

Rekord.az xəbər verir ki, qarşılaşma olduqca dramatik keçib.

Əvvəlcə, Azərbaycan idmançısı 4:1 hesablı üstünlük qazanıb.

Daha sonra erməni güləşçi 4 xal qazanaraq önə keçib. Görüşün bitməsinə saniyələr qalmış Novruzov 2 xallıq fəndlə qalib gəlib.

Həmin dramatik qarşılaşmanın videosunu təqdim edirik.