Eren Aydın mükafatlandırıldı
- 21:20
- 31
"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan Eren Aydın mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, "Zirə" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının 28-ci turunun "Zirə" – "Neftçi" görüşünün fasiləsində Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.