
Ərəb kubokunun qalibi məlum oldu
- 19 Dek 2021 14:30
- 514
Futbol üzrə FİFA Ərəb kubokunun qalibi məlum olub.
Rekord.az xəbər verir ki, həlledici matçda Əlcəzair və Tunis yığmaları üz-üzə gəlib.
Görüş Əlcəzairin 2:0 hesablı qələbəsiylə başa çatıb. Əlcəzairin qollarını Sayud və Braimi vurub.
Üçüncü yer uğrunda görüşdə isə Misir və Qətər yığmaları qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn Qətər yığması bürünc medallara sahib çıxıb.