
"Energetik" Yevlaxa köçə bilər
- 04 Yan 2022 12:00
- 810
Xəbər verdiyimiz kimi, AFFA Mingəçevirdə süni örtüklü meydança salacaq. Artıq bununla bağlı tender də elan edilib.
Rekord.az xəbər verir ki, meydança Mingəçevir şəhər stadionunun ərazisində salınacaq.
Eyni zamanda əsas meydançaya da əl gəzdirilməsi nəzərdə tutulub. Hətta buranın da süni örtüklə əvəzlənməsi mümkündür. Hələlik bu məsələ müzakirəyə çıxarılmayıb, amma çıxarılacağı da istisna edilmir. Əgər belə bir qərar qəbul olunsa, o zaman "Energetik"in müvəqqəti qonşu Yevlaxa köçməsi nəzərdə tutulub.