
"Energetik" adını dəyişib "Kür nur" olacaq?
- 11 Yan 2022 13:00
- 687
AFFA-nın növbəti mövsüm I Diviziona gətirmək istədiyi komandalardan biri də "Energetik"di.
Rekord.az xəbər verir ki. federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Mingəçevirə səfəri zamanı yerli futbol ictimaiyyətinə bununla bağlı şifahi vəd də verib.
Aldığımız yeni məlumata görə isə, əgər bu variant reallaşsa komandanın adı da dəyişdiriləcək. "Energetik"i, "Kür nur" əvəz edəcək ki, bu ad şəhərdə daha məşhurdu. Ad dəyişikliyinin başqa səbəbi də var. Belə ki, komanda "Azərenerji"dən maliyyələşdiyi üçün bu günə qədər "Energetik" adlanırdı. Lakin son zamanlar sözügedən şirkətdən komandaya heç bir dəstək yoxdur. AFFA da düşünür ki, əgər bütün xəci federasiya çəkəcəksə, o zaman başqa şirkətə məxsus ad niyə qalmalıdır ki, ondansa komandanın əvvəlki adı özünə qaytarılar.