
Emreli Konfrans Liqasının qrup oyunları üçün sifariş olundu
- 05 Sen 2023 16:30
- 521
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.
Rekord.az Xorvatiya çempionunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 oyunçudan ibarət siyahıya Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil edilib.
"Dinamo" G qrupunda “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) ilə münasibətləri aydınlaşdıracaq.