Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.

Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstanın ÇSKA 1948 komandasına qarşı keçirdikləri yoxlama oyununda fərqlənib.

Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə ilk qolun müəllifi olub. Futbolçumuzun komandası isə meydanı 3:2 hesablı qələbə ilə tərk edib.

Qeyd edək ki, Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib və bu yay yenidən müqavilə ilə məxsus olduğu “Dinamo”ya qayıdıb.