
Emin Kürdovla Xətai Bağırov karantinə alındı
- 29 Yan 2022 17:41
- 665
Futzal üzrə Azərbaycan milli komandasının 4 üzvü dünən Niderlandda karantinə alınmışdı.
Rekord.az xəbər verir ki, onlardan PCR test götürülmüşdü. Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb. Onların hər ikisi bugünkü matçda iştirak etməyəcək, 7 gün karantində qalacaq.
Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb.