AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bölgələrə səfər çərçivəsində Qusar rayonunda olub.

Rekord.az xəbər verir ki, “Səbail” futbol Kubunun üzvləri Rahd Əmirquliyev və Kamran Ağayevlə birgə Elxan Məmmədov Qusar şəhər 4 saylı orta məktəbin meydançasında aşağı yaş qruplarından ibarət  komandaların üvləri ilə görüşüb.

Uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar verilib. Sonra simvolik oyun keçirilib.