Xəbər verdiyimiz kimi, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncədə səfərdə olub, futbol akademiyasının tikintisi ilə bağlı görüşlər keçirib, eyni zamanda Gəncənin futbol ictimaiyyətinin üzvləri ilə görüşüb.

Rekord.az-a daxil olan məlumata görə, Məmmədov Gəncədən narazı qayıdıb.

Daha doğrusu, gəncəli futbol veteranlarının görüş zamanı səsləndirdiyi fikirlər icraçı vitse-prezidentin xoşuna gəlməyib. Səbəb isə veteranların Məmmədovdan özləri üçün iş istəməsi olub. Deyilənə görə, Məmmədov Bakıya qaydandan sonra öz ətrafına deyib ki, Gəncədə bir nəfər veteran görmədim ki, “Kəpəz”in Premyer Liqaya qaytarılmasını xahiş etsin. Yaxınlaşan ancaq özünə iş xahiş edirdi.