
Əliyevli “Ufa”dan “Rubin”lə heç-heçə
- 25 Okt 2021 12:16
- 474
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rubin”lə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Azər də bu görüşün iştirakçısı olmayıb. O, 87-ci dəqiqədə meydana buraxılıb, 90+1-də isə sarı vərəqə ilə cəzalanıb.
“Ufa” 12 turdan sonra 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.