“Keşlə”nin futbolçusu Şəhriyar Əliyev Premyer Liqada 200-cü oyununu keçirib.

Rekord.az xəbər verir ki, bu, 14-cü tura təsadüf edib. 

“Sumqayıt”la səfərdəki qarşılaşma (3:1) müdafiəçi üçün yubiley xarakteri daşıyıb.

Şəhriyar çempionatda 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. O, bu komandada 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Keşlə”də 34 (2 qol) dəfə şans qazanıb.