Əliyar Ağayev Belarus millisinin oyununu idarə edəcək
- 27 May 2026 17:40
- 151
Azərbaycanlı referi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası yeni beynəlxalq təyinat alıb.
Rekord.az “sport5.by” portalına istinadən xəbər verir ki, Ağayev iyunun 5-də Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək yoxlama oyununu idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Yerli hakim İqor Şumilov dördüncü hakim funksiyasını yerinə yetirəcək.