
Ələskərovlu “Bursaspor”dan növbəti məğlubiyyət
- 27 Noy 2021 11:00
- 504
Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
“Bursaspor” 14 turdan sonra 14 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.